Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Dünən axşam Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıda “Sputnik Azərbaycan” və “Ruptly” informasiya agentliklərinin əməkdaşlarının saxlanılması ilə bağlı açıqlama verib. Tezadlar.az xəbər verir ki, o, bildirib ki, bu addım Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Kreml rəsmisi əlavə edib ki, Moskva ümid edir ki, Bakının bu məsələ ilə bağlı sərgilədiyi emosional reaksiya birbaşa və konstruktiv dialoqla əvəz olunacaq: “Biz inanırıq ki, bu emosional, son dərəcə emosional reaksiya birbaşa kommunikasiya ilə əvəz olunacaq və bütün verilmiş suallara cavab veriləcək”, – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.