22 Oktyabr 2025 / 12:50

Pirallahıda qəza -87 yaşlı moped sürücüsü “Toyota” ilə toqquşaraq həyatını itirib

87 yaş—-bir anlıq diqqətsizlik: ölüm
Oktyabrın 21-də səhər saatlarında Pirallahı rayonunun Gürgan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində 87 yaşlı moped sürücüsü həyatını itirib.
Tezadlar.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında  məlumat yayıb.
“Qəza “Toyota” markalı avtomobillə toqquşma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.  Bu cür hadisələr bir daha göstərir ki, yol məsuliyyət yeridir. Hər sürət pedalı bir insan taleyinə toxuna bilər. Yaşından, nəqliyyat vasitəsindən, məsafədən asılı olmayaraq sükan arxasında diqqət, məsuliyyət və mərhəmət ən vacib qaydadır”, – deyə o vurğulayıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!