Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dilənmək başqa, diləndirməq başqa… Dilənmək vərdiş və “peşədir”, amma diləndirmək cinayətdir!
XXX
Bakıda belə “peşəkar” dəstələrə insanların sıx olduğu ərazilərdə çox rast gəlijir… “Qaraçı” kimi tanınan bu mənsublara digər “həvəskarlar” da qoşulur. Amma bu cəmiyyət üçün yolverilməzdir. Xüsusən də uşaqların diləndirilməsi.
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları isə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverində ittiham olunan 1971-ci il təvəllüdlü şəxsi saxlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, adıçəkilən şəxs maddi qazanc əldə etmək məqsədilə 1981-ci il təvəllüdlü, maddi çətinlik içində olan şəxsi aldadaraq öz tərəfinə çəkib. O, zərərçəkmiş şəxsi fiziki və psixoloji zor tətbiq etməklə özünə məxsus meyvə-tərəvəz mağazasında daşıyıcı kimi işləməyə məcbur edib və bu işə görə ona heç bir əməkhaqqı verməyib. İstintaqla həmçinin müəyyən olunub ki, mağazada işini bitirdikdən sonra təqsirləndirilən şəxsin göstərişi ilə Tbilisinin küçələrindən birində yerləşən işıqforun yanında dayanmış avtomobillərin sürücülərindən dilənçilik etməyə məcbur olub. Bu yolla əldə olunan bütün vəsaiti isə təqsirləndirilən şəxs özü götürüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 143¹-ci maddəsinin birinci hissəsi (insan alveri) ilə aparılır. Qanunvericiliyə əsasən, bu cinayətə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.