26 Avqust 2025 / 19:56

Polşa 2026-da müdafiəyə milyardlarla dollar ayıracaq

“Polşanın 2026-cı ildə müdafiə xərcləri ölkə tarixində rekord səviyyədə olacaq”.

Tezadlar.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

“Sizi əmin edə bilərəm ki, hərbi büdcə artacaq. Bu, 2022-ci ildəkindən iki dəfə çox olmaqla, tarixin ən böyük hərbi büdcəsi olacaq”, – deyə o əlavə edib.

Nazirin sözlərinə görə, 2026-cı ilin büdcəsi hələ də müzakirə olunur.

Qeyd edək ki, Polşanın 2025-ci il hərbi büdcəsi 186 milyard zlotidir (təxminən 45 milyard dollar) və bu, ölkə ÜDM-nin 4,7%-ni təşkil edir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!