Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Varşava Belarusla sərhəddə 10 min əsgər yerləşdirəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Polşa radiosunun efirində bildirib.
“Sərhəddə 10 minə yaxın əsgər olacaq”, – o, cümə axşamı, avqustun 10-da Polşa radiosunda deyib.
Daha əvvəl iki min əsgərin olduğu bildirildi, lakin Polşa hakimiyyəti onların sayını artırmaq qərarına gəlib. 4 min əsgər sərhədin mühafizəsini təmin edəcək, daha 6 min əsgər isə bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğul olacaq.
Polşa-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsi “dinamik vəziyyət və Sərhəd Xidməti komandirinin xahişi ilə” bağlıdır.
E.ŞİRİNOV