25 Avqust 2025 / 14:14

Polşa prezidenti Ukraynalı qaçqınlara yardım haqqında qanun layihəsinə veto qoyub

Polşa prezidenti Karol Navroçki ukraynalılar üçün müavinətlərin müddətinin uzadılması haqqında qanun layihəsini rədd edərək, uşaq müavinətlərinə yalnız işləyənlər üçün məhdudiyyət qoyulmasını zəruri hesab edib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Navroçki 2022-ci ilin fevralından sonra ölkəyə gələn ukraynalı qaçqınlar üçün xüsusi statusun və güzəştlərin uzadılması haqqında qanun layihəsinə veto qoyub.

O, bu barədə TVP İnfo-nun yayımladığı mətbuat konfransında bildirib.

“Biz sosial ədalətə can atmalıyıq, ona görə də Ukrayna vətəndaşlarına yardım haqqında qanunu mənə təqdim olunan formada imzalamamışam”, – Navrocki vurğulayıb:

Prezident izah edib ki, sənədi təsdiq edə bilməyəcək, çünki orada uşaq müavinətinə məhdudiyyət nəzərdə tutulmayıb.

Polşa liderinin sözlərinə görə, bu cür güzəştlər yalnız Polşada rəsmi işləyən ukraynalılara verilməlidir. Veto qoyulması nəticəsində qanun layihəsi yenidən işlənmək üçün parlamentə qaytarılır.

“Vzqlyad” qəzeti yazır ki, Ukraynanın Polşadakı səfiri Vasil Bodnar Polşadakı ukraynalıları zaman keçdikcə ev sahiblərini qıcıqlandırmağa başlayan çağırılmamış kirayəçilərlə müqayisə edib. Polşa Ədliyyə Nazirliyinin rəhbəri Ukraynadan tərxis olunmuş əsgərlərin qayıtmasından sonra cinayətlərin sayının artması ilə bağlı narahatlığını bildirib. Avropadakı ukraynalı qaçqınların sayı 6 milyon nəfəri keçib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!