15 Dekabr 2025 / 10:12

Polşanın Baş naziri Tusk faciədən sonra Avstraliyaya dəstəyini belə ifadə etdi

Polşanın Baş naziri Donald Tusk Avstraliyanın Bondi çimərliyində baş verən faciədən sonra antisemitizmi qınadı və qurbanların ailələrinə dəstəyini bildirdi.

Tezadlar.az bildirir ki, o, bu barədə sosial media hesabında məlumat verib.

“Sidneydəki Bondi çimərliyində baş verən dəhşətli terror hücumunun qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm”, – Tusk yazıb.

Polşanın Baş naziri həmçinin antisemitizmi qınadı və onun hər hansı bir təzahürünün cinayətə səbəb olduğunu vurğulayıb.

“Bu gün Polşa bu kədər anında Avstraliyanın yanındadır”, – Tusk deyib.

Avstraliyanın Sidney şəhərindəki məşhur Bondi çimərliyində baş verən kütləvi atışmada ən azı 10 nəfər həlak olub. Ağır vəziyyətdə xəstəxanalara aparılan iki polis əməkdaşı da daxil olmaqla on üç nəfər yaralanıb.

İlkin araşdırmalara görə, terrorçular “Dəniz kənarında Hanukka 2025” adlı tədbirdə yəhudi işıq festivalının ilk gününü qeyd etmək üçün çimərlikdə toplaşan insanları qəsdən hədəfə alıblar.

İsrail prezidenti İsaak Herzoq bildirib ki, hücumun üzvləri Bondi çimərliyində ilk Hanuka şamını yandırmaq üçün toplaşan yəhudi icmasını hədəfə alıblar. Avstraliyanın Baş naziri Entoni Albanese hadisəni “şok” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova faciəni dəhşətli adlandırıb və qeyd edib ki, günahsız insanlara qarşı terrorizmə haqq qazandırmaq olmaz.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!