Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Oktyabr 2024 / 05:39

PREZİDENT MÜXALİFƏTİN MİTİNQİNDƏ ÇIXIŞ ETDİ VƏ…

Gürcüstan prezidenti müxalifətin seçki mitinqində çıxış edib…

“Siz seçkidə uduzmadınız, səsiniz oğurlandı və gələcəyinizi oğurlamağa cəhd etdilər, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz”,- deyən  prezident Salome Zurabişvili parlament binası önündə çıxışı zamanı belə bəyan edib. O, Gürcüstanın ilk dəfə azadlıq və müstəqilliyini elan etdiyi və indiki bayraqlarına and içərək bildirib ki, bu mübarizədə sonuna kimi, xalqın yanında olacaq.
Zurabişvili qeyd edib ki, bu gün müxalifət partiyaları fəaliyyət planını ictimaiyyətə təqdim edəcək. Onun sözlərinə görə, müxalifət partiyalarının Rustaveli prospektində toplaşması süni birlik deyil və bunun nəticəsi olacaq.

Ölkə müxalifəti bu günə daha bir kütləvi etiraz aksiyası təyin edib. Siyasi gərginlik isə durmadan artmaqdadır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!