10 Fevral 2025 / 12:52

PREZİDENT İTSF-NİN 2025-Cİ İL BÜDCƏSİNİ TƏQDİQLƏYİB

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

TEZADLAR.AZ xəbər verir ki, fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilib.

Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:

– icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat;

– icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000,00 manat.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!