28 Avqust 2025 / 09:01

Qarabağın xilaskarı “Qarabağ”ı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” futbol klubunu təbrik edib. Prezidentin sosial şəbəkə hesablarında edilən paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!. “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.

Bu, lap yerinə düşür ki, Qarabağı yüz illik erməni işğalı və talanından, separatçılığından xilas edən-Qarabağda Ordusu və xalqı ilə qələbə qazanan Prezident İlham Əliyev azad Qarabağın adını daşıyan “Qarabağı” qələbə münasibətilə təbrik edir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!