Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 58 yaşlı A.Qasımov 2004-cü ildən sözügedən vəzifəni icra edirdi.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2025-ci il