16 Sentyabr 2025 / 17:15

Professor İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya ElmlərAkademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-PeterburqunЮридический центрnəşriyyatı tərəfindən 2024-cü ildə rusdilində çap olunmuşПреступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət cəza”) adlı növbəti kitabı Bolqarıstanda bolqar dilində çap olunub.

Tezadlar.az xatırladır ki, bu əsər müəllifin “Din Cəza” (2020) kitabında təsbit edilmişcinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət cəza institutu ideyasının təkamülündə dinin rolu əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır. Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm tarixi, dini fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti sosial rolu nəzərdən keçirilir.

Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov,  hüquq elmləri doktoru Şəhla Səmədova AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.

Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!