30 Sentyabr 2025 / 17:50

Prokuror Narkoloji Mərkəzin direktoru ilə müavininə 10 il həbs cəza istədi

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Tezadlar.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elşən Mustafayev və Zamin Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses oktyabrın 14-də davam etdiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!