Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Prokurorluğu Erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı hökmdən apellyasiya şikayəti verib.
Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.
Onların sözlərinə görə, Prokurorluq Apellyasiya Məhkəməsindən Acapaxyanın birinci instansiya məhkəməsinin hökmü ilə çıxardığı 2 il əvəzinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
Xatırladaq ki, Acapaxyan oktyabrın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib.