14 Noyabr 2025 / 20:45

Prokurorluq Ərəstun Oruclunu istintaqa dəvət etdi

Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.

Tezadlar.az xəbər verir ki, bununla bağlı İTV-də Baş Prokurorluğun müraciəti yayımlanıb.

Müraciətdə bildirilir ki, Oruclu Ərəstun Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. O, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!