Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ötən gün Azərbaycanda bank kartlarından 30 min manatdan çox pul oğurlanıb. Tezadlar.az xatırladır ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlum olur ki, gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunsa da, xeyri yoxdur:
“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Nəticədə mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Ötən dəfə təklif vermişdik ki, pulu oğurlananlarla pulu oğurlatdıran bankların siyahısı mətbuatda dərc edilsə, yalançılara aldanan tamahkarların və ya dələduzların əməllərindən bixəbərsizlərin sayı durmadan artacaq.
A.Məmmədli