Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Xəbər verdiyimiz kimi, Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün bu gün səhər Moskvaya gedib.
“Bu gün baş nazirin proqramı ilə bağlı ayrıca görüşlər nəzərdə tutulmayıb”, – Kreml nümayəndəsi müvafiq sualı cavablandırarkən deyib.
E.ŞİRİNOV