13 Aprel 2026 / 07:34

Putinin daha bir müttəfiqi əldən çıxır: ORBANIN KOMANDASI UDUZDU

Seçki başa çatdı: Macarıstanın Baş naziri Viktor Orbanın partiyası rəqib “Tisa” partiyasına uduzdu, o, qələbə münasibətilə rəqiblərini təbrik edib. Tezadlar.az Creuters- ə istinadla xəbər verir ki, səslərin 60 faizdən çoxu sayılandan sonra “Tisa” partiyası 136 mandat qazanaraq qalib olub- konstitusion çoxluq əldə edib. Orbanın hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb. “Tisa”nın lideri Peter Macar “X” sosial şəbəkəsində yazıb ki, Orban ona zəng edərək, təbrik edib.

Beləliklə, Rusiya daha bir müttəfiqini itirmək üzrədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!