27 Sentyabr 2023 / 08:02

QƏNİRƏ PAŞAYEVANIN VƏZİYYƏTİNDƏ DƏYİŞİKLİK YOXDUR

Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.

Mərkəzi Klinik Xəstəxadan verilən məlumata görə, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

“Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə qeyd edilib.

 Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!