29 Dekabr 2023 / 13:36

QƏZZA SƏHİYYƏ NAZİRLİYİ: ANKLAVDA SON BİR GÜNDƏ TƏXMİNƏN 190 NƏFƏR ÖLÜB

Son 24 saat ərzində silahlı qarşıdurma nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 187 nəfərə çatıb.

Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində daha azı 312 nəfər xəsarət alıb. İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında silahlı qarşıdurmanın şiddətlənməsinin əvvəlindən Qəzzada qurbanların ümumi sayı 21 507 nəfərə yüksəlib, 55 915 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlıların girov götürülməsi ilə müşayiət olunub. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!