13 Noyabr 2023 / 11:23

QƏZZADA QYİA-NIN BİNALARINDA 780 MİNƏ YAXIN İNSAN MƏSKUNLAŞIB

Qəzza zolağında təxminən 780 min insan BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (QYİA) obyektlərinə sığınıb.

Bu barədə qurumun dərc etdiyi məlumatda deyilir.

“QYİA Qəzza zolağında 150-dən çox obyektdə 780 minə yaxın insanı qəbul edir”, – təşkilat bildirib.

Həmçinin bildirilir ki, İsrailin bombardmanı nəticəsində BMT-nin 60-dan çox binası zədələnib, onlardan 10-u birbaşa zərbələrə məruz qalıb.

QYİA daha əvvəl bildirmişdi ki, təşkilatın Qəzza zolağının cənub hissəsində yerləşən obyekti İsrail Hərbi Dəniz Qüvvələrinin zərbələri nəticəsində ciddi ziyan görüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!