31 Mart 2026 / 17:55

“Qadınların kişilərlə meyxana deməsini qəbul etmirəm”

Meyxanaçı Vüqar Əbdülov qadın meyxanaçıların kişilərlə bir səhnəni bölüşməsini pisləyib. 

Tezadlar.az  xəbər verir ki, sənətçi bu haqda “Mədəni şou”da danışıb. O bildirib ki, qadınla kişi bir yerdə oxumaz:

“Dünyada kişilər də, qadınlar da futbol oynayır. Amma birlikdə yox, ayrı. Bu da söz mübarizəsidir. Kişi ilə qadının söz mübadiləsi alınmaz. Əvvəldən düzəldilmiş formada olar. Amma bədahətən yox. Qadınların kişilərlə meyxana deməsini qəbul etmirəm. Edə bilmirəm… Qadın qadın toyunda meyxana desin. Öz həmkarı ilə meydana çıxsın. Qadınla kişinin eyni meydanı bölüşməsinin əleyhinəyəm”.

Qeyd edək ki, qadınlar arasında ilk tanınmış meyxanaçı qadın müğənni Samirə (Yusifqızı) Səlimovadır.  Samirə Yusifqızı bir zamanlar ANS TV-də yayımlanan “De, gəlsin” müsabiqəsində  populyar qazanıb. Uzun müddət meyxanaçı Oktay Kamil ilə meyxana tərəfdaşlığı – deyişmələr edərək böyük uğurlar əldə edib.

Samirə Yusifqızı müsahibələrindən birində bildirib ki, ali savadlı müğənnidir və  meyxanaçı  adlandırılmasını sevmir. O, hələ 1994-cü ildə Ağasəlim, Nizami Rəmzi, Molla Məmmədlə meyxana  dediyini və sonradan  “De, gəlsin”ə dəvət olunduğunu bildirib. Həmçinin sənətçi  onu da vurğulayıb ki,  kişilərlə xanımların deyişməsi çox vaxt alınmır, çünki tonallıq düz gəlmir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!