Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 16 nəfər tanınmış polis tərəfindən saxlanılıb. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, saxlanılanlar “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman, “Qalatasaray” futbol klubunun sabiq prezidenti Burak Elmas, Güzide Duran, Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay və Mustafa Tarivədir.
Xatırladırıq ki, İstanbul Prokurorluğu tərəfindən “narkotik maddələrin istehsalı və ticarəti”, “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq üçün xüsusi yerlər, avadanlıqlar və ya materiallar təmin etmək və istifadəçilərin tutulmasını çətinləşdirmək üçün tədbirlər görmək”, “narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması”, “narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə” və “fahişəliyə təhrik etmək və asanlaşdırmaq” ittihamları ilə istintaq aparılır.