Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabah Bakı vaxtı ilə saat 20:45-də “Qarabağ” “Atletik” ilə meydanda gücünü sınayacaq. Mediaya açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik”ə (Bilbao, İspaniya) qarşı keçirəcəyi oyunla bağlı danışarkən belə deyib: “İspaniya çempionatında çıxış etdiyim dövlərdə “San Mames” stadionunda “Atletik”ə qarşı oynamışam. Aradan uzun illər keçsə də, hələ də o stadionun ab-havası insanı sıxır. İstəməklə bacarmaq başqa-başqa şeylərdir. Çox istəyərdik ki, “Qarabağ” İspaniyadan xalla dönsün. Lakin bunu bacarmaq çətin olacaq. Komandamız ilk iki turda çox çətin sınaqlardan keçdi. Ümid edirəm ki, sonda sevinən Azərbaycan futbol ictimaiyyəti olacaq”.
Vaxtilə İspaniyada “Betis”, “Albasete” və “Esixa” klublarında çıxış edən təcrübəli mütəxəssis “Atletik” səviyyəsində olan komandaların evdə çox yaxşı futbol oynadığını vurğulayıb: “Bu cür komandalara qarşı, üstəlik səfərdə mübarizə aparmaq çətindir. Onlar “Qarabağ”a mane olmağa çalışacaqlar. Düşünürəm ki, “Qarabağ” çəkinməməlidir və öz futbol bacarığını ortaya qoymalıdır. Belə olan halda yaxşı nəticəyə ümid etmək olar”.
Beləliklə, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, ölkəmizdən kənarda- Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Komandamıza uğurlar arzu edirik! Qarabağ da, “Qarabağ” da Azərbaycandır!