Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Tezadlar.az bildirir ki, komanda Finlandiyada HİK-in qonağı olacaq. “Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:00. HİK – “Qarabağ”
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. “Bolt Arena”
Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.