Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Tezadlar.az CBC- İdman- a istinadla bildirir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək. Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq.
“Qarabağ”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtar”(Ukrayna)dır.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə İsveç təmsilçisi “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla “H” qrupunda ikinci yeri tutaraq pley-offa yüksəldi.