19 Avqust 2025 / 10:35

“Qarabağ”- “Ferentsvaroş”- BU GÜN MACARISTANDA

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq. Tezadlar.az xatırladır ki, Komandamız Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma “Ferentsvaroş” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!