10 Aprel 2026 / 18:42

Qarabağ FK futbolçusundan mesaj: “Əsas məqsəd çempionluqdur”

“Qarabağ”ın futbolçusu Kamilo Duran vurduğu qolların komandasına faydalı olmasını istəyir.

Bunu Tezadlar.az a açıqlamasında kolumbiyalı yarımmüdafiəçi özü bildirib.

24 yaşlı oyunçu Misli Premyer Liqasının XXVI turunda “Karvan-Yevlax”a qarşı matçda het-trikə imza atmasından danışıb:

“Hər şeydən öncə karyeramda ilk het-trikə imza atdığım və bununla liqa tarixində yer aldığım üçün Allaha şükür edirəm. Amma mənim üçün ən vacibi bu qolların komandama titul qazandırmasıdır. Bu hədəfə çatmaq üçün daha çox çalışacağıq”.

Qeyd edək ki, Kamilo Duran “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb. O, Azərbaycan çempionatlarında het-trik edən ilk kolumbiyalı futbolçu kimi tarixə düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!