23 Mart 2026 / 10:01

“Qarabağ” üç rəqibini də xal fərqi ilə geridə qoydu

Azərbaycan hazırkı avrokubok mövsümünü UEFA əmsallar cədvəlində 27-ci pillədə başa vuracaq.

Tezadlar.az xəbər verir ki, bu, Bolqarıstandan “Ludoqorets”in Avropa Liqasından mübarizəsini dayandırmasından sonra məlum olub.

Sıralamada yalnız Bolqarıstan Azərbaycanı qabaqlaya bilərdi ki, artıq belə ehtimal qalmayıb.

Ölkəmiz avromövsümü 22,937 xalla tamamlayır. Bu, Azərbaycanın reytinq tarixində qeydə alınan ən yüksək göstəricisidir. Buna qədər rekord 20,125 xal idi. Cari mövsümdə 5,812 xal qazanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!