19 Yanvar 2025 / 14:32

QARABAĞA GEDƏN YOLLAR HƏM DƏ GƏLƏCƏYƏ ÜNVANLIDIR…

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlar əsassında,

işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Tezadlar.az AAYDA-nın rəsmi saytına istinadla həmin tarixi layihələrin siyahısını təqdim edir: 
–    Respublika əhəmiyyətli   – 1076,1 km;
–    Yerli əhəmiyyətli              –  2306,5 km.

Agentlik tərəfindən indiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 kmtəşkil edən 7 avtomobil yolunun tam1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:
1.    Tərtər-Suqovuşan-Talış avtomobil yolu – 28,5 km;
2.    “Zəfər Yolu” – 101 km;
3.    Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu – 22 km;
4.    Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu – 22 km;
5.    Bərdə-Ağdam avtomobil yolu – 44,5 km;
6.    Füzuli-Hadrut avtomobil yolu – 12,3 km;
7.    Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi – 61,4 km.

Tikintisi davam edən layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub: 
1.    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu – 81,7 km, 4 hərəkət zolaqlı;
2.    Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu – 39,7 km, 4 hərəkət zolaqlı;
3.    Xudafərin-Qubadlı-Laçın avtomobil yolu  – 70,4 km, 4 hərəkət zolaqlı;
4.    Toğana-Kəlbəcər-İstisu avtomobil yolu – 81,8 km, 2-4 hərəkət zolaqlı;
5.    Kəlbəcər-Laçın avtomobil yolu – 75,6 km, 2-4 hərəkət zolaqlı;
6.    Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu – 123,6 km, 4-6 hərəkət zolaqlı;
7.    Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) – İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;
8.    Ağdam-Füzuli avtomobil yolu – 65,7km, 4 hərəkət zolaqlı;
9.    R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu – 44,8 km, 2 hərəkət zolaqlı;
10.    Qubadlı-Eyvazlı avtomobil yolu – 28,5 km, 2 hərəkət zolaqlı;
11.    Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu – 22,3 km, 2 hərəkət zolaqlı;
12.    Xudafərin-Qubadlı-Laçın  avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;
13.    Hadrut-Tuğ-Azıx avtomobil yolu – 19 km, 2 hərəkət zolaqlı;
14.    Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2  hərəkət zolaqlı;
15.    Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;
16.    Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.

Dövlət Proqramına uyğun olaraq, Agentlik tərəfindən 8 şəhərin – Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın daxili yollarının tikintisi işləri də icra olunur:

1.    Şuşa şəhərinin daxili yollarının tikintisi (52 km, I mərhələ 15,8 km);
2.    Ağdam şəhərinin daxili yollarının tikintisi (189,7 km, I mərhələ 58,7 km);
3.    Qubadlı şəhərinin daxili yollarının tikintisi (74 km, I mərhələ 24 km);
4.    Zəngilan şəhərinin daxili yollarının tikintisi (32 km, I mərhələ 15,8 km):
5.    Kəlbəcər  şəhərinin daxili yollarının tikinti (26,5 km, I mərhələ 18,9 km);
6.    Cəbrayıl şəhərinin daxili yollarının tikintisi (44,5 km, I mərhələ-24 km);
7.    Füzuli şəhərinin daxili yollarının tikintisi ( 84,7 km, I mərhələ 18,5 km);
8.    Laçın şəhərinin daxili yollarının tikintisi və bərpası – ( 80 km, I mərhələ 55.8 km)

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarınıntikintisi işləri də aparılır:

1.    Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolu (2,8 km, 2 hərəkət zolaqlı);
2.    Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolu (3 km, 2 hərəkət zolaqlı);
3.    Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolu(0,3 km, 2 hərəkət zolaqlı);
4.    Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolu (0,2 km, 2 hərəkət zolaqlı);
5.    Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolu (0,5 km, 2 hərəkət zolaqlı);
6.    Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolu (1 km, 2 hərəkət zolaqlı);
7.    Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən ayrılan Umudlu kəndinə gedən avtomobil yolu (10,2 km, 2 hərəkət zolaqlı);
8.    M-6(197 km)-Şəfəq stansiyası avtomobil yolu (11,5 km, 2 hərəkət zolaqlı, qırmadaş örtüklü, layihələndirmə işləri həyata keçirilir)

9.    Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu – 77,6 km;
10.    Xankəndi-Şuşa-Laçın avtomobil yolu – 32,6 km;
11.    Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolu – 33,8 km;
12.    Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu (24 km hissəsi I texniki dərəcəli) – 34 km;
13.    Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolu – 20,6 km;
14.    Tərtər-Ağdərə avtomobil yolu – 24.2 km.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir.

İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.

BÜTÜN YOLLAR QARABAĞA APARIR…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!