28 Sentyabr 2023 / 16:17

QARABAĞDAKI SEPARATÇILARDAN BİRİ GİZLƏNİR, DİGƏRİ İSƏ…

Vardanyanın Qarabağın “dövlət naziri” postundakı sələfi Artak Beqlaryan Bakının əlinə düşməmək üçün gizlənməyə qərar verib.

«Çoxları soruşduğuna görə bildirim ki, azadlıqdayam, təhlükəsiz vəziyyətdəyəm. Baxmayaraq ki, nifrət zəminində çoxlu açıq/şəxsi təhqir/təhdid almağa davam edirəm Azərbaycan tərəfindən məhkəmə təqibilə bağlı mənə heç vaxt xəbərdarlıq edilməyib, buna heç bir əsas yoxdur, amma təhlükəsizlik səbəbilə öz yerimi açıqlaya bilmirəm”, – o, sosial şəbəkələrdə yazıb.

Qarabağın digər  “qəhrəmanı”, “Təhlükəsizlik Şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan gizlənmir. O bildirib ki, Əsgərandakı evindədir  və getmək fikri yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!