Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Kopenhagen” baş məşqçisi Jakob Neestrup ilə yolları ayırıb.
Tezadlar.az xəbər verir ki, məlumatı Danimarka klubunun saytı yayıb.
38 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Neestrup komandaya 2022-ci ilin senyabrından rəhbərlik edirdi və onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulmuşdu.
Bu mövsüm Neestrupun rəhbərliyi altında “Kopenhagen” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda “Qarabağ”la qarşılaşmış və 0:2 hesabı ilə məğlub olmuşdu.
“Kopenhagen” Liqa mərhələsini 31-ci yerdə başa vurub. Hazırda Danimarka çempionatında isə komanda 22 oyundan 29 xalla 7-ci yeri tutur.