9 Aprel 2026 / 20:57

“Qarabağ”ın ulduzu Toral Bayramov komandadan ayrılır?

“Qarabağ”ın ulduzu Toral Bayramov karyerasını başqa klubla davam etdirə bilər.

“Kəhər atlar”ın 25 yaşlı müdafiəçisi daha çox oyun şansı qazanacağı bir komandaya keçmək niyyətindədir. Futbolçunun xidmətilə maraqlanan bir çox yerli və xarici klublar var.

Toral hələlik yekun qərarını verməsə də, komandadan ayrılma ehtimalı yüksəkdir.

Qeyd edək ki, T.Bayramovun “Qarabağ” ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!