Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən Ağdam rayonu, Sarıcalı və Kəngərli kəndləri üzrə Tibb məntəqəsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Tezadlar.az xəbər verir ki, ləğv edilmə səbəbi olaraq qeyd edilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun gəlməyib. Bu qərar “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsaslanaraq qəbul edilib.
Qeyd edək ki, satınalma prosesi elektron satınalma platforması üzərindən həyata keçirilirdi. Lakin nəticədə heç bir iştirakçının təklifi texniki və hüquqi tələblərə cavab vermədiyi üçün tender baş tutmamış hesab olunub və müsabiqə ləğv edilib.
fed.az