4 Avqust 2025 / 09:25

Qaxın bu kəndləri işıqsız qalacaq- NƏ VAXTA KİMİ?

Dünəndən sosial şəbəkələrdə bəzi bölgələrimizdə işığın kəsintiləri barədə narazılıqlar bildirilir. Professor Saleh Məmmədov da bu barədə təəssüf hissi ilə yazır… Bu gün isə Qax rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq. Tezadlar.az xatırladır ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumatda səbəb belə əsaslandırılır ki, Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında avqustun 4-də 10 kV-luq “Qorağan” hava xəttinin açarı yenisi ilə əvəz olunacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Maraqlıdır, təmiri niyə vaxtında cari olaraq aparmırlar ki, yay istirahətinin olduğu, turistlərin bölgə səfərinin intensivləşdiyi bir zamanda belə bir narahatlıqlar olsun?!

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!