Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daha 150 nəfərədək itkin düşüb
Konqonun şimal-qərbində azı 500 sərnişinin olduğu qayıq alovlanıb və çevrilib.
Tezadlar.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 107 nəfər həlak olub, 146 nəfər itkin düşüb. Ölkənin humanitar nazirliyi hesabat yayaraq bildirib ki, faciə Ekvator əyalətinin Lukolela bölgəsində Konqo çayında baş verib.
Bu, bir həftə ərzində ikinci belə fəlakətdir. Birincisi bir gün əvvəl baş verib və əksəriyyəti tələbələr olan 86 nəfərin həyatına son qoyub.
Hər iki faciənin hansı səbəbdən baş verdiyi məlum deyil.
E.ŞİRİNOV