17 İyul 2025 / 15:25

Dəhşətli yol qəzası-BİR AİLƏNİN İKİ ÜZVÜ ÖLDÜ VƏ…

Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. tezadlar.az xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F. Məmmədli hadisə yerində ölüb. Sürücünün nəvələri – 2016-cı il təvəllüdlü Ə. Məmmədli və 2021-ci il təvəllüdlü A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.

Beləliklə, bu gün saat 12:00 həm də radələrində 2 azyaşlı şəxs (biri kişi, digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən “Təzadlar”a bildirilib ki, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir. Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Sürücü diqqətsizliyi belə qanlı və faciəli sonluqla nəticələndi…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!