3 Oktyabr 2025 / 23:54

Qazaxıstan 2030-a qədər qaz hasilatını 74 milyard kubmetrə çatdırmağı planlaşdırır

Qazaxıstanda qaz hasilatı 2024-cü ildəki 59 milyard kubmetrdən 2029-2030-cu illərdə 74 milyard kubmetrə qədər arta bilər.

“Təzadlar”ın Qazaxıstan bürosunun məlumatına görə, bunu “QazaqGaz”ın İdarə Heyətinin sədri Alibek Jamauov deyib.

“Artım yeni yataqların istismara verilməsi və mövcud aktivlərdə hasilatın artırılması hesabına təmin olunacaq”, – Jamauov 16-cı KAZENERGY Avrasiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, daxili enerji təchizatı mənbəyi kimi qazın əhəmiyyəti getdikcə daha çox artır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!