Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan parlamenti (parlamentin aşağı palatası) iyunun 25-də keçirilən iclasında ictimai yerlərdə üzü örtən geyim əşyalarının geyinilməsini qadağan edən qanuna dəyişiklikləri təsdiqləyib.
TEZADLAR.AZ zakon.kz-a istinadən xəbər verir ki, sənəd imzalanmaq üçün prezidentə göndərilib.
Senator Naurızbay Baykadamov “Hüquq pozuntularının qarşısının alınması haqqında” Qanuna dəyişiklik edildiyini bildirib.
Yalnız üzü örtən geyim əşyalarının tibbi məqsədlər üçün, müəyyən hava şəraitində, xidməti və ya əmək vəzifələrini yerinə yetirərkən istifadə edildiyi hallarda istisna olunur.
“Bu tədbir sifətləri tanıma qabiliyyətini təkmilləşdirməklə ictimai yerlərdə törədilən hüquq pozuntularının və cinayətlərin qarşısının alınmasının effektivliyini artırır”, – deyə senator qeyd edib.
Məlumatda bu qaydaya əməl edilməməsinə görə hansı məsuliyyətin nəzərdə tutulacağı açıqlanmayıb.
Xatırladaq ki, analoji düzəlişlər 2025-ci ilin yanvarında Qırğızıstanda da təsdiqlənib. Hakimiyyət Cinayətlər Məcəlləsinə iş və xidməti fəaliyyətlə əlaqədar geyim və ya tibbi səbəblərə görə üzünü örtən geyim istisna olmaqla, “dövlət orqanlarında və ictimai yerlərdə vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən” geyimlərin geyməsinə görə məsuliyyəti nəzərdə tutan dəyişiklik edib.
2024-cü ilin iyununda Tacikistan prezidenti Emomali Rahmon ölkənin “milli mədəniyyətinə yad” geyimlərin geyinilməsini qadağan edən “Şadlıq və mərasimlərin tənzimlənməsi haqqında” qanunu imzalayıb. Qanuna əməl edilməməsi cərimə ilə nəticələnəcək.
2023-cü ilin noyabrında isə Özbəkistanda ictimai yerlərdə üzünü şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verməyən dərəcədə bağlı olmaq üçün cərimə tətbiq edilib.
JASMİN