Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 11:34

Qazaxıstanda Dombra Günündə doğulan körpələrə dombra hədiyyə edilib

Qazaxıstanın Karaqanda rayonunda Dombra Günündə doğulan uşaqlara qazax mədəniyyətinin ən mühüm simvollarından biri olan musiqi alətinin hədiyyə edilməsi təqdirəlayiq ənənə halını alıb.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə  istinadən xəbər verir ki, bu il milli bayram ölkənin Paytaxt Gününə təsadüf edib

Qazaxıstan Xalqları Assambleyasının üzvləri doğum evlərinə baş çəkmiş, ana və körpələri təbrik etmiş, ölkənin yeni vətəndaşlarına xoşbəxtlik arzulamışlar.

“Dombra sadəcə musiqi aləti deyil, o qazax mədəniyyətinin bir hissəsidir, adət-ənənələrin və milli qürurun rəmzidir. O nəsillər arasında əlaqəni, xalqın zəngin tarixi irsini və mənəvi davamlılığı təcəssüm etdirir. Ona görə də biz belə bir hədiyyə təqdim edirik”, deyə Karaqanda Rayon Xalq Məclisi Analar Şurasının sədri Ayjan Kiyasova bildirib.

 

Bu bayram günündə Karaqandadakı 1 saylı Perinatal Mərkəzdə qız uşağı dünyaya gəlib və dını Əminə qoyublar. Körpə ailənin beşinci övladıdır. Hədiyyə edilmiş dombra onun üçün bir növ amulet olacaq.Təşəbbüskarlar əmindirlər ki, aksiya millətlərarası harmoniyanın möhkəmləndirilməsinə və milli dəyərlərin təbliğinə xidmət edir.

Qeyd edək ki, Qazaxıstanda Milli Dombra Günü 2018-ci ildən iyulun ilk bazar günü qeyd edilir. YUNESKO-nun qərarı ilə dombra və kyui bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!