Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2024 / 14:06

QAZAXLAR VEBSAYT VASİTƏSİLƏ QURBANLIQ ALA BİLƏCƏKLƏR – HƏM OFLAYN, HƏM DƏ ONLAYN KEÇİRİLƏCƏK

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) qurban ritualının distant icrası üçün qurban2024.kz saytını istifadəyə verib.

QMRİ müqəddəs bayram münasibətilə bütün qazaxıstanlıları xeyriyyə aksiyasına töhfə verməyə çağırıb.

Bu il respublikada qurbanlıq oflayn və onlayn olaraq keçiriləcək.

 “Onlayn müştərilər vebsayt vasitəsilə qurbanlıq heyvan seçə və lazım olan vəsaiti Kaspi QR vasitəsilə köçürə bilərlər. Qoyun və keçini bir nəfər, iribuynuzlu mal-qara və dəvəni isə  bir və ya 7 nəfər birlikdə qurban kəsə bilər. Sifarişiniz uğurlu olarsa, mobil telefonunuza SMS mesajı gələcək. Qurban kəsildikdən sonra müştərinin göstərdiyi nömrəyə foto və videohesabat göndəriləcək”, – deyə məlumatda bildirilir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!