Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.
Tezadlar.az xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.
Qəbələdə şəhərin eyniadlı komandası “Mingəçevir”ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.
“Şamaxı” isə səfərdə “Səbail”i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, II təsnifat mərhələsinə “Neftçi” – MOİK oyunu ilə yekun vurulacaq.