Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəbələdə sərxoş halda küçədə gecələyən gənc həbs olunub.
Tezadlar.az xəbər verir ki, 28 yaşlı Fərhad Qasımov (ad və soyad şərtidir) axşam saatlarında Qəbələ şəhərində kafedə pivə və araq içib. Kafedən gec çıxıb və şəhəri təkbaşına gəzməyə başlayıb. Gəzinti zamanı sərxoş olduğu üçün mağazalardan birinin qarşısında yuxusu gəlib və orada yıxılıb yatıb.
Səhər duranda düşdüyü hala görə əsəbiləşib uca səslə özünü söyüb. Söyüşü eşidən polis əməkdaşları ona yaxınlaşaraq, sakitləşdirməyə çalışıblar. Lakin o, sərxoş olduğu üçün polislərə məhəl qoymayıb. Nəticədə saxlanılaraq, polis şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.