Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qəbələ”nin gənc üzvü Salihu Nasiru 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
Tezadlar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriyanın U-20 yığması mundialın final mərhələsində yer aldığı F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, S.Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda forma geyinib. Dünya çempionatı sentyabrın 27-də Çilidə start götürəcək.