4 Oktyabr 2025 / 09:08

Qədim Bakı budur? Bu tarixi niyə qoruyub saxlamırsınız???

…Bakının qədim tarixi həm də onun köhnə tikililərindədir. İndi yüz illər keçmişin torpaq qatında tarix axtarırıq, bəs yüz il sonra Bakının yüz illər əvvəlki tarixini hardan tapacağıq?! Tezadlar.az- a fotoşəkillər göndərən oxucularımızdan Rüstəm Cavadov yazır: “…Min illərlə yaşı olan qədim tariximizin incilərindən olan, dağıdılmış, yaddaşlarda qalan binalar… xalqa sual… nə üçün bəzi vəzifə başında oturan, vətəni, milləti bəlli olmayan düşmənlər qruplaşması (bandası) Azərbaycanın, Bakının qədim tarixini, abidələrini yaddaşlardan silirlər??? Xalq nə üçün susur??? Nə üçün o düşmənlər ölkə vətəndaşlarının pullarını oğurlayır, sərvətlərdən gələn gəlirləri quldurcasına mənimsəyirlər və həmin vəsaitlə tariximizi məhv edirlər… Nə üçün susursunuz??? Susmayın!!! Bunların hamısı cinayətdir!..”. 

Bəli, dünyanın hər yerində yüz illiklərlə yaşı olan binalar tarixin yaddaşı vı izi kimi qorunub saxlanılır… Amma Bakıda 100-130 yaşı olan tarixi binalar göydələn tikənlərin tamahına qurban verilərək darmadağın edilir. Niyə? Bu göydələnləri bu binaları dağıtmadan, Bakının mərkəzini daraltmadan kənarda tikmək olmaz??? Sanki məqsəd Bakının qədimliyini məhv etməkdir! Axı bu binaları tarixin izi kimi qoruyub, bərpa edib gələcək nəsillərə saxlamaq olar! İtaliyada, Fransada, İspaniyada, İsveçrədə, Türkiyədə… olan kimi!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!