Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Yanvar 2023 / 10:10

QEYDİYYATDAN KEÇMİŞ YERLİ KOMMERSİYA QURUMLARININ SAYI ARTIB

2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb

Dövlət Vergi Xidmətindən “TEZADLAR.AZ”a verilən məlumata görə, 2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.

Ötən il 9.001 hüquqi şəxsin fəaliyyəti bərpa edilib ki, bu da 2021-ci illə müqayisədə 23,4 faiz çoxdur. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24 faiz artıb.

2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!