Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, hadisə şəhərin Yaşma bağları adlanan ərazisində qeydə alınıb. Dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “Volvo” markalı yük avtomobili idarəetmədən çıxaraq reklam lövhəsinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.