Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

400-ə yaxın insan yaralanıb
Ötən sutka ərzində İsrailin Qəzza zolağına hücumları nəticəsində 79 nəfər ölüb, 400-ə yaxın insan yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Son 24 saat ərzində bütün Zolaqda İsrailin hücumları nəticəsində 79 nəfər həlak olub, 400-ə yaxın insan yaralanıb”, – nəşr yazır.
Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, israilli mühacirlər tərəfindən Kafr Malek kəndinə hücumu zamanı 3 fələstinli ölüb, bir neçəsi isə yaralanıb.
Bundan əvvəl, iyunun 15-də məlum olmuşdu ki, İsrail ordusu İordaniya, Suriya və Livanla sərhədlərdə öz mövqelərini möhkəmləndirmək üçün qoşunlarının bir hissəsini anklavdan çıxarır.
İyunun 12-də BMT Baş Assambleyası Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.
E.ŞİRİNOV