Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin hökuməti tezliklə Qəzza zolağının idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazir Məhəmməd Mustafa Misir və Qəzza zolağı sərhədindəki “Rəfah” keçid məntəqəsinin yaxınlığında keçirilən mətbuat konfransında bildirib.
“Biz tezliklə Qəzzanın idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik”, – o qeyd edib.
Baş nazirin sözlərinə görə, komitə Fələstin Milli Administrasiyasının nəzarəti altında olacaq.