Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, Merz Təl-Əvivin “humanitar yardım şəhəri” layihəsinə toxunaraq, “İsrail hökumətinin həftələrdir tətbiq etdiyi təcrübələrdən narazıyam” sözlərini deyib.
O, bundan əvvəl də narazılığını bildirdiyini və İsrailin baş naziri Benyamin Netanyahu ilə məsələni müzakirə etdiyini bildirib.
Merz danışıqların davam etdiyini bildirib və diplomatik təmasların vacibliyini vurğulayıb. O, Fələstin probleminin amerikalılarla birlikdə iki dövlətli həllinə ümid etdiyini vurğulayıb.
“Fələstinlilərin yaşaya biləcəkləri bir yerə haqqı var” deyən Merz hazırda Qəzza zolağında baş verənlərin qəbuledilməz olduğunu və beynəlxalq ictimaiyyətin bu problemin həllində daha fəal rol alması lazım olduğunu bildirib.